We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Ağdaş Şəhəri

Ağdaş Şəhəri

orta qesil, Agdas, 7894, Azerbaijan

Get Directions

Add phone number

Add link to website

Categories
Work hours Add information
About Aran iqtisadi – coğrafi rayonununda, ölkənin mərkəzində yerləşir.
Ağdaş Şəhəri cover
Description Azərbaycanda yayı isti, qışı mülayim iqlimli düz, ovalıq və düzənlik yerlərə aran deyilir. Kür – Araz ovalıqları aranda yerləşir. Bu zonada əsas pambıqçılıq rayonları və qışlaqlar var. Aran mənfi relyef forması bildirən coğrafi termini dilimizdə “düz yer”, “qışlaq sahəsi” mənalarındadır. II əsrdən məlum olan təmiz türk mənşəli aran sözü “isti yer” deməkdir. Bir çox mənbələrdə aran adlı qədim türk elinin adı çəkilir. Tarixdən məlumdur ki, erkən orta əsrlərdə Cənubi Rusiya çöllərində yaşamış qıpçaqların içərisində aran adlı tayfa da olub. Bunlar həmin dövrlərdən etibarən Azərbaycana köç ediblər. XI əsr tədqiqatçısı Mahmud Kaşğarinin lüğətində aran sözü “tövlə, pəyə, mal – qara həyəti, heyvan saxlanan yer” kimi izah olunub. Bu sözü Qafqaz Albaniyasının digər adı olan Arran toponimi ilə də əlaqələndirənlər var.

Şirvanın qədim, gözəl guşələrindən olsa da bura üçün “Aranın mərkəzi” deyirlər.
• Arayış
Bakı – Ağdaş arası məsafə 249 km-dir. Şirvan düzünün şimal-qərbində, Acınohur dağlarının cənubunda, Aran iqtisadi – coğrafi rayonununda, ölkənin mərkəzində yerləşir. Əsasən düzənlikdən ibarət ərazinin şimal hissəsində hündürlüyü 700 metrə çatan Bozdağ silsiləsi var. Boz – çəmən torpaqları yayılıb. Yarımsəhra və quru çöl landşafta sahibdir. Bakı – Tiflis dəmiryolu, Yuxarı Şirvan və Baş Şirvan kanalları, Bakı – Tiflis – Ceyhan, Bakı – Supsa neft kəmərləri buradan keçir. Mülayim, isti yarımsəhra, quru çöl iqlimi var. Rayonu iki yerə bölən Türyançayın üzərində 1958-ci ildə su qovşağı yaradılıb. Ərazinin 10% tuqay meşəsi ilə örtülüb. Türyançay Dövlət Təbiət Qoruğunun böyük hissəsi rayon ərazisinə düşür.

• Turizm

Ağdaşa gəzməyə gəlmiş qonaqlar üçün cazibəli obyektlərdən danışmaq əbəs olardı. Yol kənarındakı məşhur pirin ya-nında demək olar bütün maşınlar saxlayır, yolçular enib dua edir və nəzir verirlər. Rayonda turizm infrastrukturu yoxdur. Bununla belə bəzi obyektləri mütləq xatırlamaq lazımdır.

• Türyançay
Kür çayının sol qolu olan Türyançay Baş Qafqaz silsiləsinin cənub ya

Similar places nearby