We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Saturday
07
APR

Ətraf mühit sahəsində siyasət və hüquq: Ümumi məsələlər

12:00
14:00
ELSA Azerbaijan
Event organized by ELSA Azerbaijan

Get Directions

Category
#var:page_name# cover

Dəyərli dostlar,

Hər il aprel ayında "Beynəlxalq Fokus Proqramı" çərçivəsində ELSA milli qruplarında Avropa Şurasının prioritet elan etdiyi mövzuya uyğun olaraq müxtəlif formatda tədbirlər həyata keçirilir. Ekologiya hüququna öncüllük verilməsi ilə əlaqədar olaraq, ELSA Azərbaycan "Ətraf mühit sahəsində siyasət və hüquq: Ümumi məsələlər" mövzusunda təlim təşkil edir.

Təlimçi qismində Bakı Dövlət Universitetinin hüquq faküləsinin məzunu vəkil Samir İsayev çıxış edəcək və mövzu ilə bağlı öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəkdir.
Samir İsayev BMT İnkişaf Proqramının “Sumqayıtın ekoloji reabilitasiyası” layihəsində qrup rəhbəri, Dünya Bankının, BMT Ərzaq və Kənd təsərrüfatı təşkilatının (FAO) müxtəlif layihələrində hüquq eksperti kimi çalışmışdır. 2001-2002-ci illərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin layihəsi çərçivəsində həyata keçirilən “Alazan hövzəsinin İnteqrə olunmuş idarə edilməsi Planının hazırlanması” layihəsinin direktoru, 2002-2004 illərdə Avropa İttifaqının “Ekoloji informasiya, təhsil və əhalinin məlumatlandırılması” layihəsinin direktoru vəzifələrində işləmişdir. 2005-2018-ci illərdə BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO), BMT İnkişaf Proqramının (UNDP), BMT Ətraf mühit Proqramının (UNEP), ATƏT-in (OSCE), İƏİT (OECD), Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) hüquq məsələləri üzrə eksperti kimi araşdırmalar aparmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasını, Ümumdünya Ətraf mühit təşkilatının (İUCN) Ətraf mühit hüququ mərkəzinin (ELC), Avrointeqrasiya məsələləri üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvüdür. “Ecolex” Ekoloji Hüquq Mərkəzinin İdarə Heyətinin sədri, “Hüquqi düşüncə mərkəzi”nin sədri və “Hüquq və biznes konsaltinq” şirkətinin direktorudur.

İştirak hüququ qazanan hər bir şəxsə sertifikat veriləcəkdir!
Təlimdə iştirak ELSA Azərbaycan üzvləri üçün ödənişsizdir. Qeyri-üzvlər üçün isə 5 AZN iştirak haqqı nəzərdə tutulmuşdur.

İştirak haqqı qazanan şəxslərə e-mail vasitəsi ilə məlumat veriləcəkdir!

Keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
https://goo.gl/forms/NfabMvBlBYhLbRVT2

Qeydiyyat üçün son tarix: 05.04.2018, 21:00