We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Friday
13
APR

AMİM - İbtidai siniflərdə yazı bacarıqlarının inkişafı təlimi

15:00
14:00

Get Directions

Category
#var:page_name# cover

Amerika yazıçısı Toni Morrison yazır: "Oxumaq istədiyiniz, amma hələ yazılmamış bir kitab varsa, o kitabı özünüz yazın.” Çox müdrik fikirdir. Amma bunu həyata keçirə bilmək nə dərəcədə mümkündür? Yazı xüsusi bacarıqlar tələb edir. Bəzilərimiz uşaqlıqdan sadəcə qələmi əlimizə almaqla yazsaq da, çoxlarımız yazıya başlamağa belə əziyyət çəkirik və yazı qabiliyyətimizin olmadığını bəhanə gətirərək bu sahədən uzaqlaşırıq. Texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda uşaqlarda yazıya maraq oyatmaq, onların yazı qabiliyyətlərini inkişaf etdirmək məsuliyyəti yenə də biz müəllimlərin boynuna düşür. Daima müəllimlərin yükünü azaltmağın yollarını düşünən AMİM ibtidai siniflərdə şagirdlərin yazı bacarıqlarını inkişaf etdirmək üçün təlimlər paketi hazırlayıb. Təlimlərimiz vasitəsilə siz yazının yarandığı ilk dövrlərə səyahətə çıxacaq, yazı prosesində addım-addım iştirak edəcək, yazının 6 xüsusiyyəti və qiymətləndirilməsi ilə tanış olacaq, eləcə də yazı dərslərinizi daha maraqlı etmək üçün müxtəlif strategiyalara yiyələnəcəksiniz.

Təlimlər AMİM-in peşəkar təlimçilərindən olan Dilbər Qasımova tərəfindən keçiriləcəkdir.

Təlimlər 3 hissədən ibarət olacaqdır.

I hissə
Tarix: 9, 13 və 14 mart, 2018-ci il
Saat: 14.00 - 17.00

II hissə
Tarix: 13, 19 və 20 aprel, 2018-ci il
Saat: 14.00 - 17.00

III hissə
Tarix: 2, 3 və 4 may, 2018-ci il
Saat: 10.00 - 13.00

Qeyd edək ki, hər hissə (I, II və III) üçün ödəniş ayrılıqda 30 manat təşkil edir.
Qeydiyyat üçün: http://events.azteachers.az/17/az/

Ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi
Hüseyn Cavid prospekti 186, Mirvari Park yaşayış kompleksi, AZ1141 (Zərifə Əliyeva liseyi ilə üzbəüz)