We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Friday
20
APR

Təqdimat - Pace University-də Biznes və Tibb üzrə təhsil!

19:00
21:00
Azeristudent.az
Event organized by Azeristudent.az

Get Directions

Category
#var:page_name# cover

Tələbələri və onların valideynlərini Aprel ayının 20-si Pace Universitetinin rəsmi nümayəndəsi tərəfindən keçiriləcək təqdimata dəvət edirik!

Birbaşa Bakıya gələn universitet nümayəndəsinin məqsədi Azərbaycanlı tələbələrlə yaxından tanış olmaq və sizi maraqlandıran bütün sualları cavablandırmaqdır.

İxtisas seçimi tələbələr üçün ən ciddi seçimlərdən biridir.Təqdimat zamanı Pace University-də təklif olunan ixtisaslar haqqında , xüsusi ilə isə Tibb və Biznes sahəsi üzrə təhsili niyə məhz nu universitetdə almalısınız kimi suallarına toxunulacaq.

Əgər siz bu fürsətdən faydalanmaq istəyirsinizsə, sadəcə qeydiyyatdan keçib təqdimatımıza qatılın!

Qeydiyyat- http://azeristudent.az/events/teqdimat-pace-university-de-biznes-ve-tibb-uzre-tehsil/register

Pace University haqqında qısa məlumat

Pace University - Nyu Yorkda yerləşir, özəl universitetdir. Burada 13.000-dən çox tələbə təhsil alır.

Pace Universitetinin magistr üzrə proqramları U.S. News and World Report reyrinqinə əsasən işə düzəltmə keyfiyyətinə görə Amerikaka 2-ci yerdədir.

Universitet eləcə də Nyu York ştatının universitetləri arasında 1-ci yeri tutmuşdur və tələbələr üçün staj proqramları üzrə top 10-luğa daxildir.

Öz ixtisasınız üzrə mütəxəssis olmaq üçün seçdiyiniz sahəni peşəkar universitetlər və müəllimlərlə öyrənmək vacibdir.İxtisasınız üzrə uğurlu nəticə əldə etmək üçün dəyərli investisiya qoymaq lazımdır. Bugün təhsilə verilən maddiyyat sabah sizin dəfələrlə artıq əmək haqqınız olaraq sizə geri dönəcək.

Biz sizi dünyaca tanınmış mütəxəssis olmağa dəvət edirik!

Təqdimat JW Marriott Absheron Baku otelində 20 Aprel saat 18:00-da baş tutacaq.

Əlavə məlumat üçün əlaqə saxlayin

nigar@azeristudent.az və ya (+994 50) 291 79 00 (WhatsApp)