We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Friday
04
MAY

Hotellərdə qəbul və qeydiyyat | Receptionist

20:00
23:00

Get Directions

Category
#var:page_name# cover

Hotellərdə Qəbul və Qeydiyyat Təlim Proqramı (kod 4224) Receptionist (hotel qeydiyyatçısı) ixtisasına yiyələnmək istəyənlər üçün təklif edilir.

Express Təlim Proqramı 3 gün və 12 saat davamiyyətlidir.

Proqramı müvəffəqiyyətlə bitirənlərə Hotellər və Restoranlar Assosiasiyasının Qonaqpərvərlik Tədris Mərkəzinin Sertifikatı verilir.

Təlim peşəkar ekspert tərəfindən keçirilir.

Təlimin metodologiyası dinləyicilərdə otel receptionisti ixtisasına tələb edilən bilik və bacarıqların yaradılması üçün xüsusi olaraq hazırlanmışdır.

Proqrama daxildirlər:

- Gigiyena və zahiri görünüş qaydaları
- İş yerinin strukturu, avadanlıq və ləvazimatlar
- Müştəri məmnuniyyəti
- Peşə terminologiyası
- Sifarişlərin qəbul edilməsi
- Elektron idarəetmə proqramları
- Qonaqların qəbulu və qeydiyyatı (check in)
- Telefonla danışıq standartları
- Şikayət və istəklərin qəbul edilməsi
- Hesabların idarəedilməsi və ödənişlər
- Qonaqların qeydiyyatdan çıxarılması (check out)
- Əlavə xidmətlərin satışı

Qeydiyyat üçün CV+foto inboxa yollanmalıdırlar.

Qiymət - 75 ₼ bir dinləyici üçün. Tələbələr üçün 10% endirim təklif edilir.

#hospitality #training #receptionist #frontoffice