We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Friday
18
MAY

The 100th Anniversary of Azerbaijan Democratic Republic

18:00
23:30

Get Directions

Category
#var:page_name# cover

Dəyərli dostlar,
Bildiyiniz kimi 1918-ci ildə Azərbaycan xalqı həm mart soyqırımına məruz qalıb, eyni zamanda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyətini (Respublikası) yaratmağa nail olmuşdur.
Bu il may ayının 28-də Şərq dünyasının ilk demokratik Cumhuriyyətinin 100-cü ildönümü tamam olur. Bu şərəfli və qürurlu günümüzü qeyd etmək məqsədi ilə İllinoisdə yaşayan Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə 18 May 2018-ci il tarixində Çikaqo şəhərində QALA konsert təşkil olunacaqdır.

Gecədə Azərbaycan Cumhuriyyətinin təməlini qoyan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Amerika və Azərbaycanlı siyasi şəxsiyyətlər və alimlər. O cümlədən ömrümüzün ən önəmli və şərəfli tarixini daha yadda qalan qeyd etməkdə bizimlə birgə olacaq musiqi mədəniyyətimizin tanınmış tar ustadı Professor Ramiz Quliyev, gənc musiqi ulduzlarımızdan Lalə Məmmədova, Çinarə Məlikzadə və pianist Etibar Əsədli canlı musiqi ifaları ilə gecəni daha da şən və maraqlı edəcəklər.

Bu qürurlu və şərəfli günü birgə qeyd etmək istəyənlər 18 May 2018 tarixini təqdvimlərində qeyd etmələri məsləhət görülür.

Qeyd. Biletlərin satışı 2 üsulla aparılır.
Online biletləri facebook üzərindən ala bilərsiniz. Əgər biletləri nağd almaq istəsəniz, xahiş olunur bununla bağlı Əli Əzimovla bir başa əlaqə saxlayasınız.

Paypal və ya Chase quick pay edənlər, xahiş olunur bu email ünvanına (ali.azimov33@gmail.com) odəməni ad, soyad, telefon nömrəsi qeyd etmək şərti ilə ğöndərsinlər.

Görüşmək ümidi ilə əziz həmvətənlər!

"Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"
Məhəmməd Əmin Rəsulzadə
_______________________________________

Dear Friends
As you know in March of 1918 Azerbaijani people were subjected to terror, but in spite of that, for the first time in the East, the Democratic Republic of Azerbaijan was created. On May 28th of this year Azerbaijani Republic will be celebrating its 100 Anniversary. And as such the Azerbaijani Community of Illinois will be commemorating this honorable and proud day in our history by organizing the GALA event in the city of Chicago, United States of America.
This evening we will have guests from Azerbaijan, starring the grandson of Memmed Emin Rasulzade, the person who laid the foundation for the Republic of Azerbaijan, as well as Azerbaijani and American dignitaries.
To make this night even more memorable for all of us, we will have our popular musician, tar performer Ramiz Guliyev, as well as Chinare Malikzade and Lala Mamedova bringing fun and excitement by live performance all night.

For those who would want to celebrate this proud and glorious day with us, we strongly recommend to mark your calendars on May 18, 208.

Note. Tickets will be available from April 1. You are welcome to follow the announcements related to this.

Hoping to see you soon

"You are ours, ours like rising spirit
Long live, long live, long live glorious Azerbaijan"
Memmed Emin Rasulzade