We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Tuesday
10
APR

Natiqlik, Prezentasiya, Ünsiyyət,Özünə Güvən -Treninqi!

08:00
11:00
KarnegiKlub Treninq Mərkəzi
Event organized by KarnegiKlub Treninq Mərkəzi

Get Directions

Category
#var:page_name# cover

Toplum önündə danışarkən həyəcanlanırsınız?...
Hər hansı tədbirdə çıxış etmək Sizin üçün çətindir?...
Çıxışlarınızı daha gözəl etmək istəyirsiniz?...
Bələ isə - XARİZMATİK NATİQ treninqi Sizin üçündür!

Qrupa 10 APREL saat 19:00 qoşula bilərsiniz!
Xarizmatik Natiq Təlimində yer alan mövzular:
Natiqlik, Prezentasiya, Ünsiyyət, Kommunikassiya, Özünə Güvən, Stress management , Şəxsi İnkişaf, Uğur motivasiyası və NLP texnikaları treninqi.

Kurs 2 ay davam edir ! Dərslər həftədə 2 dəfə keçirilir!
Qeydiyyat :http://karnegi.az/xarizmatik/

Treninq “Moskva Bəlağət və Natiqlik Bacarığı Universitetinin” metodikası ilə universitetin məzunu Dr. Nəcəf Allahverdi tərəfindən keçirilir.

Əlaqə Telefonlarımız: (012) 408 42 14; (077) 444 14 00;


Təlim və təlimçı haqdq daha ətraflı:
XARİZMATİK NATİQ

Natiqlik, Prezentasiya, Ünsiyyət, Kommunikasiya, Stress-Menecment, Şəxsi İnkişaf və Uğur Motivasiyası treninqi.

Treninq natiqlik bacarığını formalaşdırmaqla yanaşı, özünəgüvən və özünəəminlik hissini artırma, auditoriya qarşısında çıxış qorxusunu aradan qaldırmağa, kompleks və fobiyalardan azad olmağa yönəlib. Bu treninq nəticəsində Siz dinləyicilərin diqqətini saxlayaraq dinamik (energetik) şəkildə jest, intonasiya və göz kontaktından fəal və yerində istifadə edərək, bir çox mövzularda çıxışlar qurmağı bacaracaqsınız.
Qeydiyyat :http://karnegi.az/xarizmatik/
Treninqin Məqsədi: Çıxışlarınızın dinlənilən və heyranedici olması!!!


Auditoriyamız

Bütün çıxış etmək və ünsiyyət qurmaq istəyənlər.

O cümlədən:
• Toplum önündə çıxış edənlər;
• İnsanlar qarşısında nitq söyləyənlər;
• Konfranslarda, iclaslarda, yüksək tribunallarda səslərini ucaltmaq istəyənlər;
• Karyeralarında irəliləməyi arzulayanlar;
• Təqdimatlar keçirənlər;
• İmtahan verməyə, diplom və dissertasiya müdafiəsinə hazırlaşanlar;
• Xidmət və məhsullarını təqdim edənlər (prezentasiya);
• Müştəri – alıcı – partnyor münasibətləri quranlar;
• Rəhbər işçilər;
• Sahibkarlar;
• Top-menecerlər;
• Satış menecerləri;
• Məsləhətçilər;
• Müəllimlər;
• Məşqçilər;
• Tələbələr;
• Ümumiyyətlə, ünsiyyət qurulan hər bir yerdə öz daxilindəki yatmış gücləri oyadıb, ifrat utancaqlıq, həyəcan və fobiyalarına, qorxularına “yox” demək istəyənlər.


Hədəflərimiz
• Qorxu, kompleks və fobiyaları aradan qaldırmaq;
• Özünəgüvən və özünəəminlik hissini artırmaq;
• Çıxışın uğurlu alınması üçün lazım olan əsas parametrlər haqqında dəqiq məlumat vermək;
• Təlim bitdikdən sonra gündəlik həyatda da inkişaf etməyə imkan verən özünütədris və öz biliyini artırma mexanizmini işə salmaq.


Planlaşdırılan nəticələr

• Çıxış zamanı (və ya müştəri-alıcı münasibətində) yüngüllük, özünə əminlik və rahatlıq hissinin yaranması.
• Auditoriya qarşısında necə durmaq və ya hərəkət eləmək, hansı jestlərdən istifadə etmək, zala necə baxmaq, səs/nitq aparatını necə tənzimləmək və hazırlamaq, dinləyiciləri hansı üsullarla həvəsləndirmək, zaldan verilən suallara necə cavab vermək barədə bilgilərin əldə edilməsi.
• Əsas mənfi cəhətlər (parazit sözlər və jestlər, monotonluq, dinləyicinin diqqətini cəlb edə bilməmək və s.) üzrə işin aparılması.
• Həm auditoriya, həm də potensial alıcılarla və biznes-partnyorlarla nəzakətli münasibətlərin qurulması, açıq çıxışlar vaxtı (müştəri-alıcı kommunikasiyaları vaxtı) təmkinli olmaq bacarığı.



Treninqin keçirilmə forması

Formatına görə ən maksimal əlverişli treninq!
Yəni,
• 90% – təcrübə: iştirakçılar bütün qrup önündə, cütlük, üçlük və ya kiçik qruplara bölünüb çıxış edərək bacarıqlarını formalaşdırırlar.
• 10% – nəzəriyyə: bacarıqların nümayişi, nəticələrin müzakirəsi, suallara cavablar.


Ən yaxşı tapşırıqlar!

• Seminarın 40% – bəlağət, aktyorluq, natiqlik və səs-nitq treninqlərində istifadə olunan maraqlı tapşırıqlar kolleksiyası.
• Seminarın 20% – praktiki psixologiyanın müasir istiqamətlərinin alətlər çeşidi.
• Seminarın 40% – unikal müəllif tapşırıqları və texnikaları.


Mehriban ab-hava!

Seminarın ilk dəqiqələrindən bütün iştirakçılar arasında açıq, sərbəst münasibət formalaşır. Belə mühitdə insan özünü rahat hiss edir. Bütün bunlar daxili potensialın üzə çıxmasına kömək edir.

Peşəkar trener, Moskva “Bəlağət və Natiqlik Bacarığı Universiteti”nin məzunları.

Seminar zamanı trener hər bir iştirakçı ilə onun məqsəd və istəyindən aslı olaraq fərdi şəkildə işləyir.

Qeydiyyat :http://karnegi.az/xarizmatik/

Treninqin məzmunu
(Proqram)


Mövzular

Giriş
• Tanışlıq
• Metodologiya
• Diskomfort zonası
• Qarşılıqlı əlaqə prinsipləri
Nəzəriyyə
• Bir-biri ilə qarşılıqlı əlaqə yaratmağın yolları (natiqlik sənətində başqalarını qiymətləndirmə üslubları).

Təcrübə
• Özünü təqdim etmə və qarşılıqlı əlaqə yaratmaq təcrübəsinə yiyələnmək.

Natiqlik bacarıqlarının həm treninq boyu və həm də treninqlərdən sonra da davam edən özünütədris və öz biliyini artırma mexanizmi işə salınır.



Nitqin energetikası
Nəzəriyyə
• Energetika haqqında.
• Ölçü şkalası.
• Yüksək və aşağı energetikanın nümayişi və bu səviyyələri yaradan müxtəlif üslubların izahı və təsviri.

Təcrübə
• Energetikanın müxtəlif səviyyələrində işləmək bacarığı əldə etmək.
• Yüksək energetikada işləmək bacarığı əldə etmək (ruhlandırıcı nitq və çağırışlar).
• Yüksək energetikanın köməyi ilə liderliyi ələ alma bacarığını əldə etmək.

Treninqin bu bölməsində auditoriya qarşısında çıxış qorxusunun 50%-i aradan gedir.


Nitqin texnikası
Nəzəriyyə
• Qısa mühazirə.
Mövzu: “Natiqin çıxışı zamanı hansı parametrlərə fikir verilməlidir (ilk 6 parametr)”

Kursun bu mərhələsinin gedişatı zamanı treninq iştirakçılarında, natiqlik sənətinin özülünü təşkil edən 10-12 parametrdən ibarət matritsa yaranır.


Auditoriya qarşısında duruş forması (poza)
Nəzəriyyə
• Natiqin əsas duruşu (pozası).
• Əlləri necə tutmalı?

Təcrübə
• Bədənimizin hərəkəti ilə natiqin əsas duruşunu (pozasını) yadda saxlayırıq.
• Əlləri tutmağın müxtəlif variantlarını məşq edərək, özümüz üçün ən uğurlu olanını tapırıq.


Söz improvizasiyası
• Çobanyastığı;
• Qatar;
• Suallar;
• Və növləri.
Nəzəriyyə
• Nümayiş.
• Rahat və təbii improvizasiya etməyə imkan verən təhlil üsulları.

Təcrübə
• Söz improvizasiyası bacarığının məşqi (2 dəfə);
• “Son söz qaydasının improvizasiyası” üsulunun məşqi;
• Göz əlaqəsini saxlamaqla improvizasiya bacarığının məşqi.


Özünə inam
Nəzəriyyə
• Beyin fırtınası: “Həyəcanın və narahatlığın aradan qaldırılması üçün məşğələ”.

Təcrübə
• Qrupun fitnələrinə və vəziyyəti gərginləşdirmək cəhdlərinə baxmayaraq, sakitliyi saxlama bacarığının məşqi.


Etirazlarla iş
(çətin suallar)
Nəzəriyyə
• Nümayiş.

Təcrübə
• Gözlənilməz suallara cavab verərkən, emosional dayanıqlığın məşqi.
• Çətin suallara tez, birbaşa, “simamızı saxlayaraq” cavab vermək bacarığının məşqi.


Jestlərlə iş
Nəzəriyyə
• Jestlərlə iş zamanı nəyə fikir verilməli.

Təcrübə
• “Danışan” və “kommunikasiyon” jestlər tapşırığının məşqi.


Aktyor ustalığı
Təcrübə
• Müxtəlif rollara girərək çıxış etmək stilinin rəngarəngliyini göstərmək (bir neçə rolda çıxış etməklə məşq edirik).
• Aqressiv, yorucu və xarizmatik natiqlərin xüsusiyyətləri üzərində çıxış etməyi məşq edirik.


Səslə iş
Nəzəriyyə
• Öz səsinin mükəmməl idarə edilməsi üslubları.

Təcrübə
• Üz əzələləri üçün gimnastika.
• Səslə iş.
• Səsə görə köklənmə (telefon danışıqları zamanı).

İntonasiya və emosional imkanların inkişaf etdirilməsinə dair 2-3 məşğələ.


Üç söz improvizasiyası
Nəzəriyyə
• Nümayiş.
• Hər şeyin bir-biri ilə əlaqələndirilməsi üçün iki əsas strategiyanın müəyyən edilib, onlara aydınlıq gətirilməsi.

Təcrübə
• İmprovizasiyanın köməyi ilə bir mövzudan natiqə lazım olan digər mövzuya keçid bacarığının məşqi.


Göz kontaktı
Nəzəriyyə
• Göz kontaktı (əlaqəsi): incəliklər...

Təcrübə
• Dinləyicilərlə yaxşı göz əlaqəsinin saxlanılması bacarığının məşqi.

Qeydiyyat :http://karnegi.az/xarizmatik/

×××××××××××××××××××××××××××

Təlmçi haqda:
Dr. Nəcəf Allahverdiyev "KarnegiKlub"un rəhbəri

" Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi,

“Beynəlxalq Trenerlər Assosasiyası”nın üzvü

2012-ci il Moskvada keçirilən “Beynəlxalq oratorlar çempionatı”nın Mükafatçısı

Biznestrener və Couch

“Xarizmatik Natiq” ;

”Effektiv Satış”;

“Mind Map (Beyin Xəritəsi)” ;

"İdeyaların Generatoru" ;

“Time Management”;

”Psixoloji Aykido”;

“Tibbi Marketinq”;

“Dental Marketinq” treninqlərinin təlimçisi

1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1993-cü ildən tibbi fəaliyyətlə məşğuldur. 2000 ildən bu günə kimi şəxsi klinikanın baş həkimidir.

1999-cu ildən "Bilik” Cəmiyyətində müəllim fəaliyyətinə başlayıb. Psixologiya və özünü dərk etmənin müxtəlif aspektləri üzrə dərs deyib. Elə o dövrdən “İdealar Generatoru” təlimini tədris etməyə başlayıb.

2001 ildə PR üzrə kurs bitirmişdir.

2006 ildə PhD (psixoterapiya ixsisası) üzrə Xəzər universitetinə daxil olub. Eyni zamanda universitetin "Tibbi biliklər" kafedrasında müəllim fəaliyyətinə başlayıb. Həmçinin 2007 – 2008-ci illər Bakıxanov adına sarayın nəznində Qızlar Gimnaziyasında dərs deyib.

2010-cu ildə "Moskva Ritorika və Natiqlik Bacarığı Universitetini" bitirib, müstəqil trener statusunu alıb. Həmin ildən Beynəlxalq trenerlər assosasiyasının üzvüdür.

2012-ci ildə Moskva şəhərində "Moskva Ritorika və Natiqlik Bacarığı Universitetin”də ixtisasını təkminləşdirib və eyni zamanda “Beynəlxalq Oratorlar Çempionatının” Gümüş mükafatını əldə etmişdir.

2012-ci ildə "TrenerPROFFİ" Biznes treninq mərkəzində "Satış Treninqi" üzrə Trenerlər treninqini bitirmişdir.

2013-cü ildə Türkiyədə “Dental Marketinq”, “Bazarlama” və “Zaman Bölgüsü” treninqlərini bitirmişdir.

2013-cü ildə “Brian Tracy İnternational” tərəfindən “Maksimum Nailiyyət” biznes seminarını bitirmişdir.

2011-ci ildən Bakı şəhərində “KarnegiKlub” Treninq Mərkəzinin təsisçisi və rəhbəridir.

2015-ci ildə Moskva ş. Biznesin İnkişafı Universitetində NlP təlimlərini və Sinergiya universitetində “Taym menejment” təlimini biitirmişdir.

2016- cı ildə ABŞ liderşip Universitetinin proqramı ilə Kouç ixtisasına yiyələnmişdir.

100-dən çox qrupda 5000 nəfərədək tələbəyə dərs deyib.

Aşağıdakı Universitetlərdə Masterklass təlimləri keçirmişdir:

• Prezident yanında Dövlət İdarəçilik Akademiyası

• Azərbaycan Müəllimlər İnstitutu

• Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti

• Azərbaycan Memarlıq və İnşaat Universiteti

• Azərbaycan Pedoqoji Universiteti

• Azərbaycan Dillər Universiteti

• Bakı Slavyan Universiteti

• Azərbaycan Tibb Universiteti

• Azərbaycan Texniki Univeristeti

• Azərbaycan Kooperasiya Universitet

• Odlar yurdu Universiteti

• Azərbaycan Avrasiya Universiteti

• Bakı Dövlət Universiteti

O cümlədən aşağıdakı şirkət və təşkilatlarda korporativ treninqlər keçirmişdir:

“ASAN” xidmət Dövlət İdarəsi

XİN -Xarici İşlər Nazirliyi

“Lexus” avtomobil şirkəti

“TOYOTA” avtomobil şirkəti

“BeSmart” şirkəti

AccessBank

“Caspel” şirkjəti

“189” taksi xidməti

“KTİB” şirkəti

“Təmiz Dünya” ictimai birliyi

“AzEstetik Group” şirkəti

“Tiens Group Co” şirkəti

“Progress Academy” training center

“BHB” projects and advertising agency

“EstetikDiş” klinikası

“Pen Group” şirkəti

“Podium” dükanı

“ARMADA” Korparassiyasinda

“Kaspident” Şirkətində

“AzDent” klinikasında

“Sağlam Diş” klinikasında

“Avrokeramika” dükanı

“İrəli” Gənclər Birliyi

“Engineering for KİDS” kampında

"EM&ME " Parfum şirkətində

Həmkarlar İttifaqlarıının sədirləri üçün treninq və s.

Türkiyə (Ankara) və Ukraynada (Kiyev) təlimlər vermişdir

İtaliyada, Almaniyada, Rusiyada, Türkiyədə, ABŞ-da müxtəlif seminarlarda iştirak edib.

Treninqin qiyməti:

QONAQ paketi:
✔ treninqdə 2 dərs ödənişsiz iştirak

STANDART paket:
✔ 2 aylıq təlimdə iştirak
(həftədə 2 dəfə olmaqla 52 saat)
✔ Təlimin tədris materialları
✔ KarnegiKlub tərəfindən sertifikat
✔ “Mind Map” təlimində 50% endirim
✔ Nəcəf Allahverdiyev ilə fərdi 1 seans
ödənişsiz coach sessiya
* 1 ayı 150 AZN

PREMİUM paket:
✔ 2 aylıq təlimdə iştirak
(həftədə 2 dəfə olmaqla 52 saat)
✔ Təlimin tədris materialları
✔ KarnegiKlub tərəfindən sertifikat
✔ "Mind Map” təlimində 50% endirim
✔ Nəcəf Allahverdiyev ilə fərdi 3 seans
ödənişsiz coach sessiya
✔ Moskva Ritorika və Natiqlik Bacarıqları
Universitetinin sertifikatı
✔ "Life&Time management” təliminə 50%
endirim
✔ Müəllifin imzası ilə "İmtahan
həyəcanına YOX!" kitabı hədiyyə
✔ "Psixoloji Aykido" təlimi ödənişsiz
* 1 ayı 300 AZN

Qeydiyyat :http://karnegi.az/xarizmatik/

Əlaqə telefonları: (012) 408-42-14 ,77444-14-00 WhatsApp-77 444-14-00
Məkan: KarnegiKlub Treninq Mərkəzi
Murtuza Muxtarov 53
( Beşmərtəbə,Azdrama, 65nömrəli avtobus marşrutunun yolunun üstü.)

Qeydiyyat :http://karnegi.az/xarizmatik/