We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Wednesday
25
APR

Dialogue through Theatre | Teatr vasitəsi ilə Dialoq

11:00
19:00
Y - PEER Azerbaijan
Event organized by Y - PEER Azerbaijan

Get Directions

Category
#var:page_name# cover

Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı çərçivəsində Y-PEER Azərbaycan Gənc Həmyaşıd Təhsili Şəbəkəsi "Teatr vasitəsi ilə Dialoq" başlıqlı işi və gənclər üçün silsilə təlimləri həyata keçirməyi planlaşdırır. Qeyd edək ki, Avropa İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən PeaCE proqramı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri və siyasətçilər arasında dialoqu asanlaşdırmaqla sülh quruculuğu səylərini dəstəkləməyi məqsəd güdür.

Təlimin məqsədi isə gəncləri münaqişə və sülh mövzusunda maarifləndirərək, onların fikirlərini və mesajlarını sosial teatrlar vasitəsilə cəmiyyətə çatdırılmasını təmin etməkdir.

Təlim 25-29 aprel 2018-ci il tarixlərində baş tutacaq.
Təlimin müddəti: hər gün 10:00-18:00

İştirak etmək üçün əsas kriteriyalar:
- 18-25 yaşlı gənc olmaq;
- münaqişələrin idarə olunması, və sülh quruculuğu mövzusu haqqında maraqlı olmaq;
- təlimdə iştirak etmək üçün kifayət qədər motivasiyalı olmaq;
- sosial teatr tamaşasında ifa etmək istəmək;
- təlimin davamı olaraq sülh-quruculuğu prosesinə töhfə verməkdə həvəsli olmaq.

İştirakçılar nahar və çay fasiləsi ilə təmin olunacaq.

Təlimdə iştirak tamamilə ödənişsizdir!

Təlimdə iştirak edəcək 20 gənc həmyaşıd təlimçisi statusunu qazanaraq, öz bacarıq və biliklərini həmyaşıdlarına təlimlər keçməklə paylaşmaq imkanı əldə edəcək. Eyni zamanda silsilə təlimlərin sonunda seçilmiş 10 iştirakçı Gürcüstanda keçiriləcək dialoq görüşündə də iştirak etmək şansı qazanacaq.

Təlimdə iştirak etmək üçün aşağıdakı müraciət formasını doldurmağınız xahiş olunur.
https://goo.gl/forms/iaogI7J3FUTihjD72

Son göndərmə tarixi: 18 aprel, 2018-ci il saat 18:00-dır!

Yalnız seçilmiş iştirakçılara 20 aprel tarixinədək seçilmələri barəsində və təlimlə bağlı ətraflı məlumat veriləcək.

Ətraflı məlumat və sullarınızla bağlı əlaqələndirici şəxs Sevinc Səmədzadə ilə sevinc.samadzade@gmail.com emaili vasitəsi ilə əlaqə saxlaya bilərsiz.