We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
IDEA Animal Care Center - IACC

IDEA Animal Care Center - IACC

Baku-Salyan highway, 19th km, Garadagh district, Baku, AZ1063, Azerbaijan

Get Directions

Add phone number

Categories
Now OPEN
Work hours
MO 09:00 – 18:00 SA 09:00 – 18:00
TU 09:00 – 18:00 SU closed
WE 09:00 – 18:00
TH 09:00 – 18:00
FR 09:00 – 18:00
About IDEA Animal Care Center
IDEA Animal Care Center - IACC cover
Mission IDEA Heyvanlara Qayğı Mərkəzinin missiyası heyvanların rifah və sağlamlığının yaxşılaşdırılması, Bakı və onun ətraflarında sahibsiz heyvanların sayının tənzimlənməsi, zoonoz və parazitik infeksiyaların yayılmasının qarşısının alınması, himayəyə götürülən heyvanların sayının artırılması, eləcə də heyvanlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsindən ibarətdir.

IDEA Animal Care Center’s mission is to improve animal welfare and health, manage the rapidly growing street animal populations in Baku and its outskirts, reduce the risk of zoonosis and parasitic infections, increase adoption rates, and promote humane and responsible pet ownership.
Description IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlamışdır.

Əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heynanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldir.

Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

Mərkəzin baytarlıq klinası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərir. Küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramı üzrə Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərəcək, işçilər tərəfindən heyvanlar ən humanist üsullarla tutulacaqdır. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulur, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnir. Bütün heyvanların profil və tibbi məlumatları IACC-nin xüsusi elektron məlumat bazasına daxil edilir.

Himayə bölməsində öz müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilir. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır. Himayəyə verilən heyvanların profillərini öz internet səhifəsi və sosial şəbəkələrdə yerləşdirilir.

Mərkəzin fəaliyyətinin digər bir zəruri sahəsi heyvanlara qarşı humanist davranışın və məsuli
Founded 03/01/2017
  • Baku-Salyan highway, 19th km, Garadagh district, Baku, AZ1063, Azerbaijan
  • Get Directions

Similar places nearby