We use cookies to personalise content and ads, to provide social media features and to analyse our traffic. Read more…
Xəzər İntellektual Gənclər Klubu

Xəzər İntellektual Gənclər Klubu

S.Rustam str. 25, Baku, Az1000, Azerbaijan

Get Directions

+994502503434

Categories
Work hours Add information
About Xəzər İntellektual Gənclər Klubu 14 aprel 2001-ci ildə təsis edilən, intellektual oyunları ana dilində təşkil edən ilk təşkilatdır.
Xəzər İntellektual Gənclər Klubu cover
Mission Missiya: İntellektual, savadlı və bacarıqlı gənc nəslin formalaşdırılmasına dəstək

Məqsəd və vəzifələr:
• gənclərin intellektual oyunlar vasitəsilə inkişafı
• gənclər arasında elm və biliklərin təbliği
• gənclər arasında dünya mədəniyyəti və ümumbəşəri dəyərlərin təbliği
• gənclərin asudə vaxtlarının səmərəli təşkili
• gəncləri zərərli vərdişlərdən çəkindirmək
Description "Xəzər" klubu fəaliyyətdə olduğu dövrdə ölkədə ana dilində intellektual oyunların mütəmadi təşkil edilməsinə, bu fəaliyyətin ənənə halı almasına nail olub.

Struktur

Hal-hazırda klubda 50-dən çox komanda 4 liqada yarışır. Liqalarda yarışan iştirakçıların sayı 300-dən çoxdur.

Klub şənbə və bazar günləri mütəmadi olaraq yığışır. Şənbə günü Universitet liqasında oyunlar Bakı, ölkə regionları və bəzi xarici dövlətlərdə sinxron təşkil olunur. Sonradan nəticələr toplanır və qaliblər müəyyən olunur. Digər liqalar bazar günləri yarışır. 5 həftəlik dövrədən sonra nəticələrinə görə komandalar liqalarda öz yerləri qoruyur, itirir və ya digər liqaya vəsiqə qazanırlar.

Liqalarda oyunlarla yanaşı, müxtəlif digər tədbirlər də (yaradıcılıq gecələri, disputlar, seminar və təlimlər, ictimai xadimlər və yazıçılarla görüşlər) təşkil olunur.

Xəzərin sahilində liqası
Dalğa liqası
Universitet liqası
Məktəb liqası

Tarix və statistika

15 il
45-6 yaxın intellektual turnir,
müxtəlif intellektual oyun növləri üzrə 50-dən çox çempionat,
həftəsonları keçirilən 350 dövrə oyunu,
30-a yaxın seminar və təlim və digər tədbirlər
15000-dən çox iştirakçı.

İnkişaf tarixi:

2001 – Təşkilatın təsis edilməsi, Tələbələr arasında ilk Azərbaycan çempionatı
2002-2003 – Fəaliyyət üçün bazanın formalaşdırılması
2004 – Xəzər dövrünün nəşrinin çap olunması
2005 – Məktəb liqasının təsis edilməsi
2006 – Məktəblərarası Nə? Harada? Nə zaman? oyunu üzrə yarış
2007 – Novruz Kuboku
2008 – Trend Kuboku, Nə? Harada? Nə zaman? oyunu üzrə yarış
2009 – Payız Kuboku, Nə? Harada? Nə zaman? oyunu üzrə universitetlərarası yarış
2010 – 4 universitetdə intellektual oyunlar üzrə klubların yaradılması üzrə “Mənim klubum” layihəsi.
2014 - "Ağıl oyunları" layihəsi
2017 - Peşəkar İntellekt Liqası
Awards Gənclər və idman nazirliyi tərəfindən 2008-ci ildəki nailiyyətlərinə görə "Gənclər Mükafatı"-na layiq görülüb.
Founded 14 aprel 2001
Products İntellektual oyunlar üzrə turnirlər:

- "Nə? Harada? Nə zaman?"
- Breyn-rinq
- Xəmsə
- Fərdi oyun

Similar places nearby